Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dağlıq Qarabağın azərbaycanlı icması diplomatik nümayəndəliklərlə görüşlər keçirib

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması müxtəlif ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri ilə görüşlərini davam etdirir.

İcmadan Bizimyol.info-ya verilən məlumata görə, Ermənistanın Azərbaycana qarşı daha da intensivləşmiş aqressiv siyasəti ilə regionda gərginləşən vəziyyətlə əlaqədar Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması müxtəlif ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri ilə məlumatlandırıcı görüşlərini davam etdirir.

2020-ci il sentyabrın 16-17-də icma Xorvatiya səfiri cənab Branko Zebiç, Çexiya səfiri cənab Milan Ekert, Macarıstan səfiri cənab Viktor Szederkenyi və Latviya səfiri cənab Dainis Qarançs ilə görüşlər keçirib.

Görüşlər zamanı icma Ermənistanın təcavüz siyasəti, işğal etdiyi ərazilərimizdə qanunsuz fəaliyyəti, təbii resurslarımızın istismarı, müharibə cinayəti hesab edilən məskunlaşma siyasəti, su resurslarından təmas xəttinə yaxın ərazilərdə yaşayan əhalimizə qarşı ekoloji terror vasitəsi kimi istifadə etməsi kimi məsələləri xüsusi olaraq vurğulayıb.

Paylaş »
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› Anar Məmmədova polis general-mayoru rütbəsi verilib
››› Azərbaycanlı prodüser iş yerində ölüb
››› Ermənistanın hücum cəhdi: Rusiya yeni münaqişə ocağı yaratmaq istəyir
››› PKK-nı bitirmək planı: "Azərbaycan Türkiyəyə dəstək verəcək"
››› MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəsmi açılış mərasimi baş tutub
Son xəbərlər
Bütün xəbərlər »