Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Tofiq Yaqublu ilə bağlı həkimdən açıqlama: “17 gündür aclıq edən adam necə olar?”

"17 gündür aclıq elan edən Tofiq Yaqubluya dəfələrlə aclığı dayandırmağı təklif etmişik”.

Bunu Bizimyol.info-ya açıqlamasında klinikaların birində müalicə alan T.Yaqublunun vəziyyəti ilə bağlı danışan həkim Adil Qeybulla deyib.

Adil Qeybulla Adil Qeybulla

Həkim bildirib ki, dünən Ədliyyə Nazirliyi və TƏBİB-in nümayəndələri "City Hospital"da müalicə olunan Tofıq Yaqubluya baş çəkiblər: “Rəsmi şəxslər açıqladılar ki onun hazırkı vəziyyətində həyatı təhlükə yoxdur. Ümumi olaraq, T.Yaqublunun vəziyyəti kafi-ağır qiymətləndirildi.

Bu gün də vəziyyət dəyişməyib. Yaxın gələcəkdə onun vəziyyəti stiuasiyadan asılı olacaq. 17 gün acılıq edən adam necə olar? Bu günə kimi vəziyyətinin daha da ağırlaşmaması üçün ona tibbi dəstək olunur. Bundan sonra da hər hansı formada dəstək olmağı fikirləşirik”.

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun səhhətində olan kritik vəziyyəti nəzərə alaraq onun hökm qüvvəyə minənə qədər azadlığa buraxılmasına dair vəsatət verilib.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Ukrayna İrana təzminat ödətdirir
Son xəbərlər
Bütün xəbərlər »