Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş Nazirin müavini İran səfiri ilə görüşüb

Azərbaycan Baş Nazirinin müavini, Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının həmsədri Şahin Mustafayev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, tərəflər iki ölkə arasında iqtisadi əlaqələr və əməkdaşlıq məsələlərini müzakirə etmək üçün ötən gün görüşüblər.

Görüşdə ikitərəfli münasibətlərin, xüsusilə iqtisadi, ticarət sahəsindəki son vəziyyəti, birgə layihələr və iki dost və qonşu ölkə arasındakı əlaqələrin və əməkdaşlığın genişləndirilməsi yolları nəzərdən keçirilib.

İki saat davam edən görüş zamanı, tərəflər iki ölkə arasındakı birgə iqtisadi əməkdaşlıqla bağlı hazırkı prosesləri, inkişaf və maneələri müzakirə ediblər.

Həmçinin, çərşənbə günü İran və Azərbaycanın Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərləri arasında onlayn danışıqlar aparılıb.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »