Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
1 milyon qazanmaq üçün əlini qopardan qadın həbs olundu

Sloveniyalı 22 yaşlı Yuliya Adleşiç özünü əlil etdikdən sonra 2 il müddətinə azadlıqdan məhrum edilib.

Bizimyol.info ABC News-a istinadən xəbər verir ki, məhkəmə xanımın əlilliyini fırıldaqçılıq kimi qiymətləndirib.

Belə ki, hadisədən bir qədər öncə Yuliya Adleşiç bir neçə sığorta şirkəti ilə eyni anda müqavilə bağlayıb. Müqaviləyə əsasən, o travma alacağı təqdirdə bir milyon avro almalıydı. Yuliya sevgilisinin və elektrik mişarının köməyi ilə əlinin birini qoparır və nişanlısı Yuliyanı dərhal xəstəxanaya çatdırır. Lakin qopmuş əli özləri ilə gətirmirlər ki, əl yerinə tikilməsin və zəzərçəkən sığorta şirkətindən öz milyon avrosunu ala bilsin. Hadisədən şübhələnən həkimlər dərhal polis çağırıblar və qızın kəsilmiş əlini taparaq öz yerinə tikiblər.

Polis araşdırmaları zamanı məlum olub ki, Yuliyanın sevgilisi hələ bir neçə həftə öncədən internet vasitəsilə protez əl sifariş edibmiş.

Yuliyanın fırıldaqçılığı ispat olunub və o milyoner olmağa imkan tapmadan həbsxanaya getməli olub.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »