Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ali təhsil müəssisələrinə ixtisas seçimi sona yaxınlaşır

18 sentyabr saat 10:00-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 14627, II ixtisas qrupu üzrə 9862, III ixtisas qrupu üzrə 14554, IV ixtisas qrupları üzrə isə 3604 olmaqla, ümumilikdə 42647 elektron ərizə təsdiq olunub.

Bizimyol.info xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, V ixtisas qrupu üzrə qabiliyyət imtahanları bu gün yekunlaşır və hələlik 16199 ərizə təsdiq olunub. Qabiliyyət imtahanlarının nəticələri imtahan verilən günün sonunda sistemə daxil edilir və abituriyentlər ixtisas seçimi edə bilirlər.

İxtisas seçiminin sonuna 2 gün vaxt qalıb və 20 sentyabr saat 23:59-dək davam edəcək.

Abituriyentlərin (subbakalavrların) nəzərinə bir daha çatdırırıq ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş şəxslər iştirak edə biləcəklər.

Müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. “Məsləhət mərkəzləri” haqqında ətraflı məlumatla aşağıdakı linklərdən tanış ola bilərsiniz:

Ali təhsil müəssisələri və DİM-in regional bölmələri;

Rayon və şəhərlər üzrə səyyar Məsləhət Mərkəzləri.

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
Son xəbərlər
Bütün xəbərlər »