Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kürəkən qayınata və qayınanasını güllələyib

Xaçmazın Ləcət kəndində qətl hadisəsi baş verib.

Bizimyol.info xəbər verir ki, DİN-dən verilən məlumata görə, bu gün səhər saatlarında kənd sakini, 46 yaşlı Rəhman Osmanov ov tüfəngi ilə qayınanası və qayınatasını güllələyib.

Aldığı xəsarətdən qayınanası, 57 yaşlı Sona Yunusova yerindəcə ölüb, qayınatası Beykəs Yunusov isə Xudat şəhər xəstəxanasının təcili yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırııb.

R. Osmanov artıq şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər
Bütün xəbərlər »