Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ədliyyə Nazirliyi və TƏBİB nümayəndələri Tofiq Yaqubluya baş çəkdilər

Dünən Penitensiar Xidmətin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri və həkim Adil Qeybulla həbsdə olan müsavatçı, hazırda"Citi Hospital"da müalicə alan Tofiq Yaqublu ilə görüşüblər.

Bizimyol.info xəbər verir ki, görüşdən sonra TƏBİB İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev jurnalistlərə açıqlamasında bildirib ki, xəstənin vəziyyəti kafidir: "Görüş zamanı Tofiq Yaqubluya tövsiyə etdik ki, aclığı dayandırsın. Əgər aclığı dayandırmasa orqanizmdə gedən metovalik proseslər daha da pisləşə bilər.

Hazırda onun həyati təhlükəsi yoxdur.

Ümumilikdə T.Yaqublunun vəziyyəti kafi-ağır olaraq qiymətləndirilir".

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Rafael Mehtiyev isə bildirib ki, T. Yaqublunun səhhətinin normallaşması üçün lazım olan bütün tədbirlər görülüb: "Xəstəxanada bütün lazımi şərait yaradılıb. Qida qəbul etməsə də, parentral olaraq ona lazım olan məhlullar köçürülür. Bu gün onun üçün həyati bir qorxu gözlənilmir. Biz hər birimiz ona təkidlə aclığı dayandırmağı tövsiyə etdik".

Görüşdə iştirak edən həkim Adil Qeybulla deyib ki, artıq 16 gündür aclıq edən T. Yaqubluya bəzi fəsadların qarşısını almaq üçün infuziya və elektalit köçürülməsinə razılıq verməsini xahiş edib və o bununla razılaşıb: "Bu gün TƏBİB nümayəndələri də vəziyyətlə yerində tanış oldular.

Bütün dəstək müayinələri davam etdirilir. T. Yaqublu su qəbulunu da davam etdirir. Ona qidalanma ilə bağlı heç bir tələb irəli sürülmür, verilən dərmanların da tərkibində qida əlavəsi yoxdur. Onu da qeyd edim ki, ailəsi də hər gün T.Yaqublunun vəziyyəti ilə bağlı məlumatlandırılır...”.

Son xəbərlər
Bütün xəbərlər »