Paytaxtın Sabunçu rayonunda yanğın olub.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 20 m² olan fəaliyyət göstərməyən bərbərxananın dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.