Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarus bəzi ölkələrlə sərhədləri bağlayır

Belarus Litva və Polşa ilə sərhədləri bağlayır, Ukrayna ilə sərhədi isə möhkəmləndirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Minsk-arenada keçirilən “Belarus üçün” qadın forumunda çıxışı zamanı deyib. O, hər üç ölkənin xalqına müraciət edərək öz siyasətçilərini dayandırmağa və onları “qaynar müharibə”nin başlanmasına imkan verməməyə çağırıb.

“Biz qoşunlarımızı küçələrdən çıxarmağa, ordunun yarısını səfərbər etməyə, qərblə, ilk növbədə Litva və Polşa ilə dövlət sərhədini bağlamağa məcburuq. Böyük təəssüf hissi ilə qardaş Ukrayna ilə dövlət sərhədini gücləndirməyə məcburuq. Mən Rusiya prezidenti və Müdafiə naziri ilə birlikdə İttifaq dövlətinin ümumi müdafiəsini qurmaq məcburiyyətindəyəm. Biz çoxdan planlaşdırılan hərbi təlimləri başlatdıq”, - deyə Lukaşenko bildirib.

O əlavə edib ki, ölkəsində müharibə görmək istəmir:

“Eyni zamanda Belarusla yanaşı, Polşa və Litvanın da hərbi əməliyyatların teatr səhnəsinə çevrilməsini istəmirəm. Orada bizim problemlər həll olunmayacaq. Bu səbəbdən mən Litva, Polşa və Ukrayna xalqına müraciət edirəm: ağılsız siyasətçilərinizi dayandırın, müharibənin başlamasına imkan verməyin”.

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Makron Həzrəti Məhəmmədə qarşı sözlərini geri götürdü
››› "Başa düşmürsünüzsə, vay bizim halımıza!" - Ter-Petrosyan
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »