Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fatih Terim: "Qardaş Azərbaycandan qardaşcasına ayrılırıq"

"Oyuna nəzarət bizdə idi, ilk hissədə yaxşı başladıq. Qol epizodları yaratdıq və futbolçular yaralandı. Futbolçulardan razıyam, yaxşı mübarizə apardılar. Qol buraxdıq, amma növbəti mərhələyə yüksələ bildik. Futbolçuların mübarizəsindən razıyam".

"Report" xəbər verir ki, bu fikirləri Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi Fatih Terim Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"ni 3:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis bildirib ki, heç vaxt mətbuatın dedi "11-lik" meydanda olmur: "Bəzi oyunçuların oynamağa ehtiyaca var idi. 6-7 oyunçu istirahət etmiş oldu. Bunu etməyə məcburuq. Bu gün düzgün işlər gördük, futbolçuların nə qədər hazır olduqlarına da baxdıq. Heç kim zədələnmədi, buna şükürlər olsun. Sabah məşqə çıxaca

Təcrübəli baş məşqçi rəqib haqqında bunları deyib: "Rəqib yaxşı komandadır. Mübarizə apara bilirlər. Onlara uğurlar arzulayıram. Bu gün onlardan daha yaxşı oynadıq. "Neftçi"ni məğlub etməyimiz sürpriz deyil. Qələbə qazana bilməsək, sürpriz olardı. Azərbaycanın qonaqpərvərliyinə təşəkkür edirəm. Qardaş Azərbaycandan qardaşcasına ayrılırıq. Hər kəsə təşəkkür edirəm. Onlar bizim qardaşımızdır. Bu gün baş məşqçi olaraq 500-cü matçıma çıxdım. Bunu sözlə izah edə bilmərəm. Nə yaxşı ki, həyatımda "Qalatasaray" var. Avrokubokda 100-cü qələbədir. Bunlar asan əldə edilmir".

Son xəbərlər
Bütün xəbərlər »