Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə dincələn rus: “Asqırmaq olmur”

Rusların istirahət üçün ən çox seçdiyi ölkə Türkiyədir. Qonşu ölkə vətəndaşları avqustun 10-dan Qara dəniz sahillərində dincələ bilir.

Bizimyol.info xəbər verir ki, Türkiyənin istirahət zonalarında pandemiya tədbirlərinə ciddi əməl olunur.

Qardaş ölkədə dincələn Kostroma şəhər sakini Rusiya mətbuatına bu haqda danışıb.

“Asqırmaq olmur. Dərhal gəlib soruşurlar ki, özünüzü yaxşı hiss edirsiniz? Az qala hər yerdə temperatur ölçürlər”, - qadın belə deyib.

Rus turist “hər şey daxildir” fotmatının yığışdırılmasından da narazılıq edib. “İsveç stolu” yenə tətbiq edilir, sadəcə, bu dəfə yeməyin həcmini qonaq yox, otel işçisi müəyyənləşdirir. Buna baxmayaraq, qadın yaşadığı yerdə ac qalmadığını söyləyib.

Son xəbərlər
Bütün xəbərlər »