Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenkonun oğlu Belarusdan gedib və soyadını dəyişib

1994-cü ildən Belarusa başçılıq edən Aleksandr Lukaşenkonun kiçik oğlu Rusiyaya köçüb.

Nikolay soyadını dəyişmək qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, Lukaşenkonun oğlu Moskvada təhsil alacaq. Halbuki mayda onun Belarus Dövlət Universitetionə daxil olduğu bildirilirdi. Lukaşenko oğlunu ölkədən çıxarmaq qərarı verib. Buna görə də Nikolay universitetdən sənədlərini götürüb.

Aleksandr Lukaşenko Aleksandr Lukaşenko

Belarus Milli Elmlər Akademiyasının keçmiş prezidenti Aleksandr Voytoviç deyir ki, universitet müəllimlərinin Nikolayla xoş davranmayacağı ehtimal olunur. Çünki ölkədə hər gün etiraz aksiyaları keçirilir. Həmin aksiyalarda universitet müəllimləri də yer alır.

Nikolay üçün hələlik yaşayış yeri seçilmədiyi məlum olub. Onun Belarusun Rusiyadakı səfirliyində qaldığı bildirilir.

Avqustun 9-da baş tutan prezident seçkilərindən sonra Belarusda yüzminlərlə insan saxtakarlığa etiraz etməyə başlayıb. Lukaşenko etirazları zor gücünə yatırmağa çalışır. İndiyə qədər 5 nəfər həyatını itirib.

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »