Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Allahşükür Paşazadənin rəqibləri məlum oldu

Bu il Nobel mükafatına namizədlər arasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin də adı var. Onun mükafata sahib olmaq şansı yüksək deyil.

Bizimyol.info xəbər verir ki, Allahşükür Paşazadənin mükafat uğrunda mübarizədə çox ciddi rəqibləri var. Siyahıya nəzər salanda çox nikbin düşünmək olmur.

Hamıdan əvvəl ABŞ prezidenti Donald Trampın adı diqqət çəkir. Norveç parlamentində ultrasağ İnkişaf Partiyasını təmsil edən Kristian Tyubrinq-Yedde onun namizədliyini irəli sürüb.

Rusiya müxalifət lideri Aleksey Navalnı mükafatı almağa əsas namizədlərdəndir.

Aleksey Navalnı Aleksey Navalnı

O, avqustun 20-dən həyatda qalmaq uğrunda mübarizə aparır. Navalnını Rusiyada zəhərləmişdilər. Bundan sonra müxalifətçi Almaniyaya gətirilmişdi. 20 günə yaxın komada qalan Navalnı özünə gəlib. Onun Nobel mükafatını alması təəccüblü olmayacaq.

Belarus prezident seçkilərindəki namizədlər Sergey və Svetlana Tuxanovskilər də çox ciddi rəqibdir.

1994-cü ildən ölkəyə rəhbərlik edən Aleksandr Lukaşenko əvvəlcə Sergeyi həbs etdirmişdi. Bundan sonra Svetlana mübarizəyə qoşulmuşdu. Məhz Tixanovskayanın seçkilərdə qalib gəldiyi düşünülür. Amma seçki bitən kimi Lukaşenko onun ölkədən çıxarılmasına qərar vermişdi.

Ekologiya fəalı Qreta Tunberqin də qalib gəlmək şansı yüksəkdir.

16-year-old Swedish Climate activist Greta Thunberg Qreta Tunberq

Bundan başqa, İrsailin baş naziri Binyamin Netanyahu və Yeni Zelandiyanın koronavirusa qalib gələn baş naziri Casinda Ardernin də adı siyahıda var.

Nobel mükafatı 1901-ci ildən verilir. İndiyə qədər cəmi 97 dəfə mükafat sahibini tapıb. Bu il dekabrın 10-da qaliblərin adları məlum olacaq.

Son xəbərlər
Bütün xəbərlər »