Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa Liqası: "Neftçi" - "Qalatasaray" cütünün rəqibi bəlli oldu

UEFA Avropa Liqasının II təsnifat mərhələsində Şimali Makedoniyanın "Renova" klubunu 1:0 hesabı ilə məğlub edən Xorvatiya "Hayduk"u növbəti mərhələyə yüksəlib.

"Report"un məlumatına görə, komanda növbəti raundda "Neftçi" - "Qalatasaray" (Norveç) cütünün qalibi ilə qarşılaşacaq.

III təsnifat mərhələsi sentyabrın 24-də olacaq. "Hayduk"la yanaşı Kipr APOEL-i və Norveç "Rusenborq"u da mərhələ adlayıb.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da start götürəcək.

Son xəbərlər
Bütün xəbərlər »