Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Əgər distant təhsil forması davam edəcəksə, internet qiymətləri mütləq ucuşlaşdırılmalıdır”

“Pandemiya dövrünün tələblərinə uyğun olaraq mart ayından etibarən distant təhsil formasına keçmişik. Bu təhsil forması indiyədək ölkəmizdə tətbiq edilməyən təhsil formasıdır”.

Bunu Bizimyol.info-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu bildirib.

Elyar İslamoğlu Elyar İslamoğlu

E.İslamoğlu qeyd edib ki, xəstəliyə yoluxanların azalması, müəllim, şagird və tələbələrin xəstəliyə yoluxmaması, yoluxma statistikasının azalması üçün bu təhsil forması effektli sayıla bilər: “Amma distant təhsilin səmərəli olması üçün təhsil alanlarda sürətli internet və komputer olmalıdır. Təəssüflər olsun ki, ölkəmizdə internet qiymətləri bahadır, rayonlarda internet ya yoxdur, ya da həddindən artıq zəifdir. Ona görə də regionlarda distant təhsil səmərə vermir, əksinə kütləvi savadsızlığın yaranmasına aparır.

Əgər distant təhsil forması davam edəcəksə, internet qiymətləri mütləq ucuşlaşdırılmalı, müəllim, şagird və tələbələr üçün endirimli və hədiyyə internet paketləri verilməlidir. Komputerlər güzəştlə, uzun müddətli kreditlərlə satılmalıdır. Pandemiya dövründə savadsızlığın aradan qaldırılması, keyfiyyətli təhsil verilməsi üçün hər kəs üstünə düşəni etməli, bu sahəyə məsul olan şəxslər vəzifə borclarını düzgün şəkildə yerinə yetirməlidirlər”.

E.İslamoğlu bildirib ki, Rabitə, İnformasiya və Yüksək Texnologiyalar Nazirliyi distant təhsilin keyfiyyətli olması üçün internet qiymətlərində müvəqqəti də olsa güzəşt edilməsi üçün artıq qərar verməlidir: “Yenidən sərt karantin rejiminə qayıtmamaq üçün cəmiyyətin də üzərinə böyük məsuliyyət düşür. Qapalı məkanlarda mütləq maska taxılmalı, gigiyenik qaydalara əməl edilməlidir. Övladlarını məktəbə aparan valideynlər bir yerə toplaşmamalı, metrodan, avtobusdan istifadə zamanı həm övladlarının, həm də özlərinin sağlamlığının qeydinə qalmalıdır. Məktəblərdə sinif otaqları davamlı olaraq havalandırılmalı, yeməkxana, kitabxana və digər ortaq istifadə edilən məkanların istifadəsi müvəqqəti olaraq qadağan edilməlidir.

Gigiyenik vasitələrin, maskaların qiymətinə davamlı olaraq ciddi nəzarət edilməli, sünii qiymət artımının qarşısı alınmalıdır”.

Paylaş »
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - Video
››› Rusiyanın Yaponiyadakı Olimpiadaya hücum planının üstü açıldı
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »