Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qoyun-quzu oğruları tutulub

Zərdab və Qəbələdə 77 baş qoyun-quzu oğulayan şəxslər saxlanılıblar.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Zərdab rayonunda ayrı-ayrı şəxslərə məxsus fərdi təsərrüfatlardan xırda buynuzlu heyvanlar oğurlayan şəxslər saxlanılıblar.

Zərdab, Göyçay və Qəbələ Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvləri Göyçay rayon sakini Səfa Xəlilov və Qəbələ rayon sakini Şamil

Əlibəşirov tutulublar.

Araşdırma zamanı onların Zərdab rayonu Gödəkqobu kənd sakini olan bir nəfərin həyətindən 33 baş qoyun-quzu oğurladıqları məlum olub. Həmçinin Zərdab RPŞ-də dəstə üzvü Şamil Əlibəşirovun ətrafında aparılan əməliyyat tədbirləri zamanı onun Qəbələ rayonu Topbağ kəndində daha bir nəfərin həyətindən əlavə 43 baş qoyun oğurladığı da sübuta yetirilib.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Paylaş »
››› Zəngəzurda gərginlik: “Azərbaycanlılar gölün yanındadır” – Ermənistan mətbuatı
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› ABŞ Azərbaycan və Ermənistana çağırış etdi
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Livandan İsrailə raketlər atılıb
››› Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik müzakirə edildi
Son xəbərlər
Bütün xəbərlər »