Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni dərsliklər istifadəyə verildi

2020-2021-ci tədris ilindən bütün dövlət ümumi təhsil müəssisələrində yeni dərsliklər istifadəyə verilib.

Bizimyol.info xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Təhsil İnstitutu tərəfindən hazırlanmış yeni dərsliklər sırasında I sinif “Azərbaycan dili (tədris dili)”, I sinif “Riyaziyyat”, I sinif “Azərbaycan dili (dövlət dili)” fənni üzrə dərsliklər yer alır.

Digər dərsliklərdən fərqli olaraq, bu dərsliklərin dəstinə dərslik, müəllim üçün vəsait və iş dəftərindən əlavə olaraq valideynlər üçün tövsiyələr də daxil edilib.

Bu dərsliklərin daha bir fərqli cəhəti onların 2 hissəli, yəni hər hissəsi tədris ilinin bir yarımilini əhatə etməklə tərtib olunmasıdır. Bu formatda tərtibat həm də şagird çantasının ağırlığının xeyli yüngülləşməsinə səbəb olur.

Qeyd edək ki, sözügedən yeni dərsliklərin hazırlanmasında dünya ölkələrinin kurikulumları araşdırılıb, beynəlxalq qiymətləndirmə tədqiqatları öyrənilib.

Paylaş »
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› İyunun 25-nə olan hava proqnozu
››› Anar Məmmədova polis general-mayoru rütbəsi verilib
››› MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəsmi açılış mərasimi baş tutub
››› Azərbaycanlı prodüser iş yerində ölüb
Son xəbərlər
Bütün xəbərlər »