Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanın ali məktəblərinə qəbul olan azərbaycanlıların sayı artıb

2020-2021-ci dərs ili üzrə Gürcüstanın ali məktəblərinə qəbul olan azərbaycanlı tələbələrin sayı 956 nəfər təşkil edir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzindən bildirilib.

Həmin tələbələrin 99-u dövlət qrantı hesabına təhsil alacaqlar.

İllik müqayisədə tələbə adını qazanan azərbaycanlı gənclərin sayı 44, dövlət qrantı qazananların sayı isə 3 nəfər artıb.

Azərbaycanlı tələbələrin 935-i universitetlərə milli azlıqlar üçün nəzərdə tutulan “1+4” proqramı üzrə daxil olublar. Onlar bir il ərzində gürcü dilini öyrəndikdən sonra seçdikləri ixtisas üzrə bakalavr pilləsində təhsil almaq imkanı əldə edəcəklər.

Tələbələrin böyük əksəriyyəti İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Gürcüstan Texniki Universiteti və İlya Dövlət Universitetində təhsil alacaqlar.

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »