Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Anar Kərimov: “Hər kəs islahat intizarındadır”

“İki ay ərzində Mədəniyyət Nazirliyinin müxtəlif sahələri ilə bağlı 200-ə yaxın rəy və təkliflər daxil edilib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov deyib.

O bildirib ki, kino, musiqi sahəsində inkişaf, musiqi məktəblərinin, kitabxanaların işində yeniliklər və s. sahələrdə olan bu təkliflər İşçi Qrupunun fəaliyyətində nəzərə alınacaq.

“Anar Ələkbərovun və Fərəh Əliyevanın iştirakı ilə bizim ictimai və mədəni xadimlərlə görüşümüz oldu. Orada da incəsənət xadimlərinin fikirlərini öyrəndik. Eyni zamanda “Zoom” formatında da 40-a yaxın ictimai xadimlə görüş keçirdik. Hər kəs islahatlar intizarındadır və hamı gözləyir ki, biz bu sahəyə yeniliklər gətirək.

Mədəniyyət Nazirliyi bu sahədə daha çox siyasəti müəyyən edən qurum olmalıdır. Biz bu yanaşmanı dəyişəcəyik. 2 ay ərzində apardığım təhlillərdə gördüm ki, həm mərkəzi aparatda, həm də nazirlikdə belə bir fikir var ki, Mədəniyyət Nazirliyi daha çox müəssisələrlə işləməlidir. Bu kökündən yanlış yanaşmadır. Mədəniyyət Nazirliyinin cəmiyyətin fərdi inkişafında rolu artırılmalıdır. Cəmiyyətin hərtərəfli inkişafında bu olmalıdır. Bu, eyni zamanda təhlükəsizlik məsələsidir”, - deyə A. Kərimov vurğulayıb.

Paylaş »
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› Çoban Xanışın iki nəvəsi şəhid oldu
Son xəbərlər
Bütün xəbərlər »