Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
V qrupda qabiliyyət tələb edən bəzi imtahanlarda dəyişiklik edilib

"V qrupda qabiliyyət tələb edən ixtisaslar olmasına baxmayaraq, pandemiya ilə əlaqədar bəzi imtahanlarda dəyişiklik edilib".

Bizimyol.info xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin “Facebook” səhifəsində canlı yayımda Mərkəzin şöbə müdiri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, bu qrupda bütün müəllimlik ixtisaslarında qabiliyyət imtahanları ləğv edilib. Bu il məşqçilik ixtisasına qabiliyyət imtahanı tələb olunmur. Bir sıra ixtisaslarda da qabiliyyət imtahanlarının sayı azalıb. Dizayn ixtisası üzrə yalnız bəzi universitetlərdə qabiliyyət imtahanı vermək tələb olunur. Rəssamlıq Akademiyası, Mədəniyyət və İncəsənət, Memarlıq və İnşaat universitetlərində dizayn ixtisası üçün rəsmdən qabiliyyət imtahanı vermək lazım idi, digərlərində isə yalnız buraxılış imtahanında 60 və daha çox bal toplamaq tələb olunurdu.

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
Son xəbərlər
Bütün xəbərlər »