Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağsuda traktor sürən Nəzakət: "Deyirdilər bu iş sənlik deyil”

Nəzakət Abuzərova Ağsu rayonunun Ərəbmehdibəy kəndinin sakinidir.

Pambıqçılıqla məşğul olan Nəzakət xanım bir çoxlarına qəribə gəlsə də, “Belarus” markalı traktoru məharətlə idarə edir. Bu günlərdə Ağsu pambıqçılarının yığdıqları ilk məhsul qəbul məntəqələrinə yola salınarkən lafet karvanını idarə edənlər arasında o da var idi.

"MediaPost" azərtac-a istinadən xəbər verir ki, qadın traktorçu bildirib ki, hələ uşaqlıqdan torpağa bağlı olub. Qonum-qonşularının çoxu da pambıq əkib-becərir. Fermerlərə göstərilən dövlət dəstəyi digərləri kimi, onu da ruhlandırıb və bu işə həvəslə qoşulub. Ona görə də, o da illərdən gələn bu təcrübəsindən istifadə edərək, 4 hektar sahədə pambıq əkib. “Qərara aldım ki, ailə fermer təsərrüfatı yaradım, pambıq əkim. “Belarus” markalı traktor aldım. Axı, təsərrüfatı texnikasız genişləndirmək mümkün deyil. İlk vaxtlar çoxları mənə “bu iş sənlik deyil” deyirdi. Lakin ruhdan düşmədim və bu peşəni də öyrəndim. İndi gördüyünüz kimi, bu ağır texnikanı asanlıqla idarə edirəm”, - deyə Nəzakət xanım vurğulayıb.

Bu ili özü üçün sınaq hesab edən qadın fermer pambıq sahəsini ailə üzvlərinin köməyi ilə becərib. Traktoru bu işlərdə ona böyük kömək olub. Traktorçu qadın gələn il azı 20 hektar sahədə pambıq əkəcək.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »