Muğlanın Fethiyə qəsəbəsinə gəzməyə gələn 100 yaşlı Düriyə Çakır nəvələrinin köməyilə yamac paraşütülə ilə gəzib.
Həyatında ilk dəfə paraşütdən istifadə edən Düriyə nənə bu təcrübəsindən ləzzət alıb və ölmədən ölkəsini yüksəklikdən görmək istədiyini deyib.
Bizimyol.info Yeni Şafak-a istinadən xəbər verir ki, Düriyə çakır ömrünün bundan sonrakı hissəsini özünə və Türkiyənin gözəlliklərini görməyə həsr etmək istədiyini deyib.