Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əfv Komissiyasının əvvəlki üzvlərini qanunsuzluqda ittiham edən Elman Nəsirova cavab: “Ad açıqla”

Xəbər verildiyi kimi İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib ki, Əfv Məsələləri Komissiyasının əvvəlki üzvlərindən biri-Milli Məclisin deputatı sürücüsü vasitəsilə əfv siyahısına adlar daxib.

Məsələ ilə bağlı Əfv Məsələləri Komissiyanın keçmiş üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Bizimyol.info-ya bildirib ki, qeyri-qanuni hərəkətlərə yol verən şəxsin adı açıqlansın.

“Elman Nəsirov komitədə belə söz deyirsə, anonim niyə deyir? Deputatdır, ad açıqlamalıdır ki həmin şəxs ifşa olunsun. Qeybət danışa bilmərik. Ölkənin yaxşılığını istəyirsənsə, açıq deməlisən”,-deyə M.İbrahimqızı bildirib.

Əliməmməd Nuriyev Əliməmməd Nuriyev

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Bizimyol.info-ya bildirib ki, deputat Elmar Nəsirovun qeyd etdiyi məsələ ilə bağlı məlumatı yoxdur.

“Söhbət kimdən gedir, onu Elmar Nəsirov daha yaxşı bilər. Mən bu barədə hansısa məlumata malik deyiləm. Komissiyada müzakirələr açıq gedirdi, hər kəs də fikrini açıq deyirdi. Orada kollegiyal qərarlar qəbul olunur”,-deyə Ə.Nuriyev bildirib.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »