Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bakıda hər bir rayona qışa hazırlıqlarla bağlı cavabdeh şəxslər təyin edilib

Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun payız-qış mövsümünə hazırlıq tədbirləri davam edir.

Bizimyol.info xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, ilk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri yaşayış binalarında təmir işləri aparılıb, əlavə tədbirlər görülüb.

Görülən işlərə nəzarət məqsədi ilə BŞİH tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli İcra Hakimiyyətlərinin nümayəndələri ilə birgə mütəmadi olaraq rayonlarda payız-qış mövsümünə hazirlıq tədbirləriin keçirilməsini təmin edir, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayırlar. Bu işlər çərçivəsində artıq bir neçə gündür ki, bütün paytaxt rayonlarında monitirinqlər keçirilib.

Yerlərdə görülən işlərin müzakirəsi məqsədi ilə Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin, rayon rəhbərliyi, kommunal-təsərrüfat və digər aidiyyəti qurumların rəhbərlərinin iştiraki ilə onlayn operativ müşavirələr keçirilib. Müşavirələrdə qışa hazırlığın vəziyyəti müzakirə edilərək hər bir sahənin rəhbərinin hesabatı dinlənilib.

Qeyd olunub ki, rayonlardakı hər bir qurum qış aylarında üzərilərinə düşən vəzifələri dəqiq bilməli, yarana biləcək problemləri operativ şəkildə aradan qalırmağı bacarmalıdır və yerlərdə kifayət qədər qum, duz və lazımi invertar ehtiyyatı yaradılmalıdır.

Müşavirələrdə rayonlardakı qurumlar arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, yoxlamalar nəticəsində aşkarlanan çatışmamazlıqlar müzakirə edilərək onların aradan qaldırılması ilə bağlı cavabdeh şəxslərə tapşırıqlar verilib.

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - Video
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »