Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda sexdə 18 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürdü

Bakıda bədbəxt hadisə baş verib.

Hadisə sentyabrın 16-sı saat 22:10 radələrində paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, avtomobil təmiri sexində 2002-ci il təvəllüdlü Rzayev İlyas Elsəvər oğlunu elektrik cərəyanı vurub.

3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan 18 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.(report)

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »