Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zahid Oruc: “Hakimiyyət Tofiq Yaqublunun səhhətinin pisləşməsində maraqlı deyil”

“Hakimiyyət orqanları qətiyyən Tofiq Yaqublunun səhhətinin pisləşməsində maraqlı deyil”.

Bunu parlamentin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.

O, Tofiq Yaqublunun 5 il deputat köməkçisi işlədiyini xatırladıb: “Əyani olaraq tanıdığımız biridir. Bizə olan müraciətlərlə bağlı artıq işlər görmüşük. Bu gün Tofiq Yaqublunun səhhətinin pisləşməsində maraqlı olan qüvvələr var. Dünən Azərbaycanla bağlı Facebook üzərindən araşdırmalara başlaması başlığı ilə məqalə dərc edilib. Burada hökumətin trol yaratması məsələsinin araşdırıldığı deyilir. Hakimiyyətə, hakimiyyət orqanlarına qarşı milli tərkibi bəlli olmayan qüvvələrin total hücumları var. Araşdırmaq istəyirlərsə, bunu araşdırsınlar. Bu gün nəhəng sosial şəbəkə şirkətinin nümayəndələri ilə bağlı addımlar atılmalı idi. Bu proqramlar informasiya məkanında nüvə silahı kimidir. Son aylarda biz onu görürük”.

Z. Oruc qeyd edib ki, Elman Nəsirovun Əfv Məsələləri Komissiyasının üzvünün sürücüsü ilə bağlı səsləndirdiyi fikir olduqca ciddidir: “Bu məsələ araşdırılmalıdır. Bilmirəm, bundan sonra həmin şəxsi əfv etmək mümkün olacaq, ya yox”.(apa)

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› DSX-nin əsgəri özünü güllələyib
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
Son xəbərlər
Bütün xəbərlər »