Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş məhkum avtomobil qaçırdı, yaxalandı

Binəqədi rayonunda avtomobil qaçıran şəxs saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi rayonunda yaşayan paytaxt sakini olan bir nəfər Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək ona məxsus “Tofaş” markalı avtomobilin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırıldığını bildirib.

Bölmə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən avtomobili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Fətəliyev saxlanılıb.

Onun qaçırdığı avtomobil polislər tərəfindən müəyyən edilərək sahibinə qaytarılıb. Zaur Fətəliyev ifadəsində qeyd edilən nəqliyyat vasitəsini talamaq məqsədi ilə yox, idarə etmək üçün qaçırdığını bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
Son xəbərlər
Bütün xəbərlər »