Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Şikayət: Polis Bayıldakı özbaşnalığa göz yumur, çünki qorxur - Video

Bizimyol.info redaksiyasına şikayət daxil olub.Tural Qoca adlı vətəndaş Bayıl qəsəbəsində Landau School qarşısındakı keçilməz tıxaclardan şikayətçidir. Oxucumuzun göndərdiyi videodan da aydın görünür ki, məktəb qarşısında toplanmış avtomobillər yolu kəsib, başqaları üçün əlavə problemlər yaradırlar. Bu yoldan yanğınsöndürən və ya təcili yardım keçməli olsa nə olacaqdı?

“Landau School adlı məktəbin qarşısında hər gün yaranan tixacın günahkarları özlərini ali təbəqədə görən, mədəniyyətdən bixəbər olan insanlardır. İstifadə etdikləri bahalı avtomobilləri yolun ortasında saxlayıb uşaqlarını təhsil ocağına aparan mədəniyyətsizlər ərazidə yaşayan sakinlərin iş yerlərinə və uşaqlarının məktəbə gecikməsinə səbəb olurlar. Belə insanlar anlamırlar ki, hər il 6600 -8000 manat ödəməklə uşağa təhsil, mədənniyət, tərbiyə öyrətmək mümkün deyil.İlk növbədə təhsil, mədəniyyət, tərbiyə uşaga ailədə verilməlidir. Ərazidə xidmət aparan polis əməkdaşlarının bu biabırçılığa göz yummaqlarına heç təəcüblənmirəm. Çünki, Landau Schoolda təhsil alan uşaqların valideyinləri yüksək vəzifə sahibləridir. Polis əməkdaşları iş yerlərini itirməkdən qorxub kənardan səssizcə bu biabırçılığı izləməklə kifayətlənirlər”,- deyə Tural Qoca bildirib.

Əslində hər il Bakı küçələrində gördüyümüz mənzərə təkrarlanır. Məktəblərə uşaqlardan çox valideynlər axışır və bu küçələrdə tıxac, yorğun insanlarda əsəb, qıcıq yaradır. Tural Qocanın şikayətinin sonluğu isə yalnız tıxac problemi deyil, problemlərə susmaq, qorxmaq dərdimizə üsyan, etirazdır.Və onun kimi insanlar minlərlədir.

“Hər dəfə movcud problemlərdən yazanda dostlar tanışlar mənə deyirlər ki, belə yazılar yazma dövlət işində işləyirsən səni işdən qovarlar. Belə insanlara demək istəyirəm ki, iş yerini itirmək olar amma şərfini kişiliyini itirmək olmaz. İş yerlərinizi itirmək qorxusuna görə haqsızlıqlara göz yumub hər şeyi kənardan sakitcə izləyib ölkənin ucuruma getməsinə və uşaqlarınızın gələcəkdə əziyyət çəkməsinə səbəb olursunuz. Bu millətin evini yıxan qorxaqlıq və yaltaqlıqdır”.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Ukrayna İrana təzminat ödətdirir
Son xəbərlər
Bütün xəbərlər »