Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türk qadın elektrik stansiyası qurdu, 300 evə işıq verdi

Türkiyənin Kütahya şəhərində yaşayan Yasemin Yıldırım maşın mühəndisi olan əri Ayqkut Yıldırımın 20 illik xəyalını gerçəkləşdirmək üçün aldığı dəstək krediti ilə elektrik stansiyası qurmağı bacarıb.

1,5 hektar ərazidə 320 günəş paneli yerləşdirən ailə bu enerji ilə 300 evin elektrik təminatına nail olub.Günəş panelləri 60 km məsafədəki bütün evlərə enerji paylaya bilir.

Azərbaycanda da eyni layihəni həyata keçirmək potensialı böyükdür. Lakin alternativ enerji istehsal etmək üçün ölkədə mövcud olan panellərin köhnə model olması səbəbi ilə bu iş səmərəli nəticə vermir.  Daha kobud ifadə etsək indiki smartfonlarla 15 il öncə satışa çıxarılmış ilk model mobil telefonların müqayisəsi kimi alınar. Üstəlik Türkiyədə mövcud olan qanunlara görə istənilən şəxs elektrik enerjisi hasil edib satışı ilə məşğul ola bilər. Bizdə isə hələ ki bu dövlət nəzarəti altındadır. Günəşi günləri həddən artıq bol olan bir ölkədə bundan istifadə edilməməsi ən yaxşı halda israfçılıq adlandırıla bilər.

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› MN: Düşmənə dəqiq zərbələr endirilib - Video
››› DİN fəala ermənilərlə mesajlaşmasına görə xəbərdarlıq etdi
Son xəbərlər
Bütün xəbərlər »