Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa Liqası: "Neftçi" "Qalatasaray"a qarşı

Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi "Neftçi" turnirdə növbəti oyununu keçirəcək. Flaqman Türkiyə nəhəngi "Qalatasaray"la qarşılaşacaq.

Bakı Olimpiya Stadionundakı görüş saat 20:00-da start götürəcək.

17 sentyabr

UEFA Avropa Liqası

II təsnifat mərhələsi

20:00. “Neftçi” – “Qalatasaray” (Türkiyə)

Hakimlər: Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya)

Bakı Olimpiya Stadionu

Qeyd edək ki, I raundda Makedoniya "Şkupi"sini mübarizədən kənarlaşdırmış "ağ-qaralar" İstanbul təmsilçisini də keçəcəyi təqdirdə növbəti mərhələdə “Renova” (Şimali Makedoniya) - “Hayduk” (Xorvatiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Son xəbərlər
Bütün xəbərlər »