Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fəxrəddin Qoca: “Elmi nəticələr COVID-19-un sonunun yaxınlaşdığını əlamətləndirir”

“Elmi axtarışlar və əldə olunan nəticələr COVID-19-un sonunun yaxın olduğunu əlamətləndirir. Tədbirlərə düzgün əməl olunarsa, pandemiyanın son kritik aylarının yaxınlaşması mümkündür”.

APA-nın xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurmunun növbəti toplantısından sonra belə bildirib.

F.Qoca deyib ki, yeni növ koronavirusla mübarizə ilə bağlı hazırlanan peyvəndlərdən ümidverici nəticələr əldə olunmaqdadır: “Hazırda dünyada tətbiqinə hazırlıq mərhələsində olan 9 növ peyvənd var. İngiltərə, Almaniya və Çin artıq tətbiqə başlayıb. Biz də Türkiyə olaraq hazırlıqlara başladıq. Yerli peyvəndlərlə bağlı 13 fərqli fəaliyyətlərimiz təcrübə mərhələsindədir. Çindən gətirilən peyvənd bu gün Hacettepe Universitetində 3 könüllü tibb işçisi üzərində tətbiq olunub. İl sonuna qədər dünyada bir çox ölkədə kütləvi peyvənd tətbiqinə başlanması gözlənilir”.

Nazir qarşıdakı aylarda tədbirlərə ciddi əməl olunarsa, peyvəndlərə də ehtiyac qalmayacağını vurğulayıb: “Peyvənd müalicə etmir, infeksiyaya yoluxmamaq üçün müqavimət yaradır. Unutmamalıyıq ki, virus mutasiyaya uğramayıb, ağır təsirləri davam etməkdədir. O səbəbdən də maska, məsafə və gigyenik qaydalara əməl etmək çox vacibdir”.

Paylaş »
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Son xəbərlər
Bütün xəbərlər »