Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə vaksinin ilk sınağı keçirildi
koronavirus - vaksin

Türkiyədə tarixi gün yaşanıb. Koronavirus əleyhinə vaksinin ilk sınağı keçirilib.

Bizimyol.info xəbər verir ki, Hacettepe Universitetinin Tibb Fakültəsində prosesi həyata keçiriblər. Tibb işçiləri ilk sınaqda iştirak etməyə razı olublar. Türkiyə mətbuatında bununla bağlı fotolar dərc edilib.

Qarşıdakı 10 gün ərzində təxminən 1300 vaksindən istifadə olunacaq. Bundan sonra sınaq prosesinə daha 13 min nəfərin qoşulması planlaşdırılır. Tibb işçilərinin 10 gün sonra ikinci vaksinləşməyə cəlb edilməsi nəzərdə tutulub.

Vaksin Çində tam hazır formaya gətirilib. Türkiyədən əvvəl Braziliya və İndoneziyada sınaqlar həyata keçirilib.

İndiyə qədər dünyada 29.9 milyon nəfərdə koronavirus aşkarlanıb. Ölənlərin sayı 1 milyon nəfərə yaxınlaşır.

Türkiyədə virusa yoluxanların sayının bu həftə 300 minə çatacağı gözlənilir. İndiyə qədər 7 mindən çox türkiyəli infeksiyaya görə həyatını itirib.

Paylaş »
››› Azərbaycanda müğənni barəsində cinayət işi açıldı
››› Bakıda qadının özünü 8-ci mərtəbədən atması ilə bağlı görüntülər yayıldı
››› Rusiya bir sıra ölkələrlə uçuşları bərpa edir
››› “Şadlıq evlərində toy eləmək daha mümkün deyil” - Deputat
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »