Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ərdoğanın Merkellə veideokonfrans formatında görüşü olub
erdogan-merkel

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkelin veideokonfrans formatında görüşü olub.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezident Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.

Telekonfransda hər iki lider Şərqi Aralıq dənizi əsas olmaqla, bölgədəki vəziyyəti müzakirə ediblər.

Daha sonra bildirilib ki, Şərqi Aralıq dənizi mövzusunda konstruktiv və ədalətli yanaşma olduğu müddətdə fikir ayrılıqlarının danışıqlar yolu ilə həll ediləcəyi mümkündür.

Ərdoğan görüşdə deyib ki, Şərqi Aralıq dənizi məsələsində Türkiyə ədaləti və prinsipial olaraq qərarlı və aktiv siyasət yürüdəcək.

Qeyd edək ki, videokonfransda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hulusi Akar, Milli Təhlükəsizlik Təşkilatının sədri Hakan Fidan, PA-nın Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun, Prezidentin Mətbuat Katibi İbrahim Qalın, Prezidentin icraçı katibi Hasan Doğan da iştirak edib.

Paylaş »
››› Azərbaycanda müğənni barəsində cinayət işi açıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Bakıda qadının özünü 8-ci mərtəbədən atması ilə bağlı görüntülər yayıldı
››› Rusiya bir sıra ölkələrlə uçuşları bərpa edir
››› “Şadlıq evlərində toy eləmək daha mümkün deyil” - Deputat
Son xəbərlər
Bütün xəbərlər »