Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İsrail sabahdan məktəbləri bağlayır
canta mektebli

İsrail hökuməti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə sentyabrın 17-dən məktəblərdə dərslərin dayandırılmasına qərar verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Nazir Binyamin Netanyahunun ofisi məlumat yayıb.

“Telefonla keçirilən səsvermə nəticəsində hökumət Səhiyyə nazirinin və koronavirusla mübarizə üzrə milli koordinator, professor Roni Qamzunun sabah məktəblər, uşaq bağçaları da daxil olmaqla təhsil müəssisələrinin bağlanması ilə bağlı tövsiyəsini təsdiq etdi”, - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, son sutka ərzində İsraildə 2 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb. Sentyabrın 13-də hökumət ölkədə sentyabrın 18-dən başlayaraq 3 həftə müddətində sərt karantin rejiminin yenidən bərpa olunması haqda qərar qəbul edib.

Paylaş »
››› Azərbaycanda müğənni barəsində cinayət işi açıldı
››› Bakıda qadının özünü 8-ci mərtəbədən atması ilə bağlı görüntülər yayıldı
››› Rusiya bir sıra ölkələrlə uçuşları bərpa edir
››› “Şadlıq evlərində toy eləmək daha mümkün deyil” - Deputat
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »