Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Küçədə döyülən qadını xilas edib özünü cəncələ saldı: 18 il iş vermək istəyirlər - Foto

Türkiyənin Konya şəhərində mərd davranan şəxs özünə problem yaradıb.

Kadir Şeker küçədə döyülən qadını ölümdən xilas edərkən cinayət törədib. O, qadının sevgilisini qətl edib.

Kadir Şeker Kadir Şeker

Bizimyol.info xəbər verir ki, Konya Ağır Cəza Məhkəməsində Kadir Şekerə 18 il azadlıqdan məhrumetmə cəzası istənilib. Küçədə döyülən qadının köməyinə çatan müttəhimin məhkəmədə təsirli çıxışı da işə yaramayıb. O, qadına əl qaldıran kişini öldürmək istəmədiyini, indi buna görə çox peşman olduğunu söyləyib. Kadir Şeker məqsədinin yalnız döyüləni xilas etmək olduğunu bildirib.

Sosial şəbəkələrdə qətlə yetirilən Özgür Duranın narkotik satıcısı olduğu yazılmışdı. Öldürülənin qardaşı Niyazi Rəmzi Duran bu iddiaya etirazını bildirib. O, qardaşının sosial media profillərinə nəzər yetirməyi məsləhət görüb: “Qardaşıma qarşı haqsızlıq edirlər”.

Kadirin dediyinə görə, küçədə gedərkən qadın ağlaması səsi eşidib. Səs gələn tərəfə gedəndə bir kişinin qadını amansızlıqla döydüyünü görüb. Hadisəyə müdaxilə edib. Həmin epizodda qadın ona “bu mənim ərimdir, işiniz olmasın” deyib. Kadir bundan sonra Özgürün onun anasını söydüyünü iddia edir. Qətlə də bu söyüş səbəb olub. Kadir cibindəki bıçaqla Özgürə zərbə endirib.

Şekerin vəziyyətini həm də bədənindəki bir yara ağırlaşdırır. Onun bir müddət əvvəl bıçaqlandığı üzə çıxıb. Bununla da Şekerin kriminal həyata meylli olduğu təəssüratı yaranıb.

Son xəbərlər
Bütün xəbərlər »