Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Xələf Xələfov erməni nazirin fikirlərinə münasibət bildirib
Xələf Xələfov

Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Misirə səfəri zamanı səsləndirdiyi fikirlərə münasibət bildirib.

“Report” xəbər verir ki, Xələf Xələfov “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda keçirilən vebinarda Zöhrab Mnatsakanyanın Misirdəki bəyanatının təxribat xarakterli olduğunu deyib.

Nazir müavini bildirib ki, Ermənistan hər fürsətdə Azərbaycan və Türkiyəyə qarşı qarayaxmalar edir:

“Erməni nazirin Misirdəki çıxışı da növbəti təxribat xarakterli addımdır”.

"Biz heç zaman Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaranmasına imkan verməyəcəyik. Bu, Ermənistanın xülyasıdır və yaxın zamanlarda iflasa uğrayacaq. Azərbaycan daim inkişaf edir və Ordumuz güclənir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daim inkişaf edir və güclənir. Ümid edirəm ki, Azərbaycan yaxın vaxtlarda işğal altındakı ərazilərini işğaldan azad edəcək”, - X.Xələfov əlavə edib.

Paylaş »
››› Azərbaycanda müğənni barəsində cinayət işi açıldı
››› Rusiya bir sıra ölkələrlə uçuşları bərpa edir
››› Bakıda qadının özünü 8-ci mərtəbədən atması ilə bağlı görüntülər yayıldı
››› “Şadlıq evlərində toy eləmək daha mümkün deyil” - Deputat
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »