Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Rusiya “İsgəndər-M” raketlərini ilk dəfə işə saldı, İdlibə zərbə endirdi
isgender

Rusiya Hava Kosmik Qüvvələri sentyabrın 15-də Suriyanın şimalında, İdlib vilayətində “Hayat Təhrir əş-Şam” qruplaşmasının düşərgəsinə şiddətli raket-bomba zərbələri endirib.

Virtualaz.org xəbər verir ki, bu haqda Rusiya mənbələri bildirir. Hərçənd Rusiya Müdafiə Nazirliyi məlumatları şərh etmir.

İdlibdə Rusiya və Türkiyənin də cəlb olunduğu atəşkəs rejimi hökm sürürdü, razılaşmaya əsasən Suriya rejimi qüvvələri Rusiyanın hava dəstəyi ilə müxaliflərin nəzarətində olan əraziləri tutmaq üçün 2020-ci ilin əvvəllərində başladılan irimiqyaslı hücumu dayandırıb. Hazırda bölgədə atəşkəsə əməl edilməsinə Rusiya və Türkiyə birgə patrulu nəzarət edir.

Kremlə yaxın “Krasnaya vesna” internet nəşri bildirir ki, İdlibdə dünənki əməliyyat zamanı Rusiya “İsgəndər-M” operativ-taktiki raketlərini də tətbiq edib. Raketlər Hmeymim aviabazasından buraxılıb. Nəşr Rusiya Silahlı Qüvvələrindəki mənbələrə istinad edir, lakin “İsgəndər” raketlərinin tətbiq olunmasına dair rəsmi təsdiq hələlik mövcud deyil.

Əgər bu xəbərlər doğrudursa o zaman Rusiya ilk dəfə “İsgəndər-M” raketlərini döyüş əməliyyatlarında tətbiq etmiş olur. Bildirilir ki, raket zərbələri nəticəsində “Hayat Təhrir əş-Şam” qruplaşmasının bazası dağıdılıb.

“İsgəndər” raketlərindən başqa Rusiya “Su-2” və “Su-34M” qırıcı-bombardmançılarını da tətbiq edib. Rusiya döyüş aviasiyasının hadisə yerindən çəkilmiş fotoları da yayılıb. Zərbələr endirilən düşərgə Batitiyə şəhərindən 90 kilometr məsafədə yerləşir və 90 hektarlıq ərazisi var. Yaraqlıların itkiləri haqda heç nə məlum deyil. ABŞ-ın başçılıq etdiyi koalisiya da Rusiyanın kütləvi zərbələri barədə xəbərləri şərh etmir.

Qeyd edək ki, Rusiya Suriya döyüş əməliyyatları teatrını özünün yeni silahlarını döyüşdə sınaqdan keçirmək üçün istifadə edir. Bu vaxta qədər Rusiya beşinci nəsil Su-57 qırıcılarını, "Armata" T-14 tanklarını, "Kalibr" qanadlı raketlərini və bir çox digər yeni silahlarını Suriyada tətbiq edib. 500 kilometr mənzilli "İsgəndər-M" raketlərinin isə indiyədək döyüş əməliyyatlarında tətbiq edildiyi məlum deyildi.

Paylaş »
››› Üç il əvvəl baş verən ölüm hadisəsi qəza deyil, qətl imiş
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Yağış və dolu yağacaq
››› Sosial şəbəkənin şantaj qurbanları: Cinayət var, cəza yox
››› 1 milyon qazanmaq üçün əlini qopardan qadın həbs olundu
Son xəbərlər
Bütün xəbərlər »