Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ursula von der Leyen: "Şərqi Aralıq dənizində de-eskalasiya hamımızın ortaq marağındadır"
Alman nazir Ursula fon der Lyayen

"Şərqi Aralıq dənizində de-eskalasiya hamımızın ortaq marağındadır".

Bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen "İttifaqın Vəziyyəti" adlı illik çıxışında deyib.

"Son bir neçə gündə kəşfiyyat gəmilərinin Türkiyə limanlarına geri qayıtması bu istiqamətdə müsbət bir addımdır. Bu, ehtiyac duyulan dialoq sahəsi yaratmaq üçün lazımdır. Tək tərəfli hərəkətlərdən çəkinmək və danışıqları həqiqi vicdanla davam etdirmək irəliləyişin yeganə yoludur - sabitliyə və davamlı həllərə aparan yeganə yol!"

Ursula von der Leyen çıxışında deyib ki, Türkiyə Avropanın vacib qonşusudur və bu, belə olaraq qalacaq: "Ancaq xəritədə biz bir-birimizə yaxın olduğumuz halda aramızdakı məsafənin getdikcə böyüdüyü görünür. Bəli, Türkiyə problemli bir regiondadır. Milyonlarla qaçqına ev sahibliyi edir, bunun üçün biz onlara kifayət qədər maliyyə dəstəyi göstəririk", - Ursula von der Leyen qeyd edib.(apa)

Paylaş »
››› Azərbaycanda müğənni barəsində cinayət işi açıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Bakıda qadının özünü 8-ci mərtəbədən atması ilə bağlı görüntülər yayıldı
››› Rusiya bir sıra ölkələrlə uçuşları bərpa edir
››› “Şadlıq evlərində toy eləmək daha mümkün deyil” - Deputat
Son xəbərlər
Bütün xəbərlər »