Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Açıq kanallarla Böyükşor gölünə axıdılan tullantı suları ilə bağlı “Azərsu”dan açıqlama
Çirkab suları

Bakı şəhərinin kanalizasiya sistemi ilə əhatə səviyyəsi müasir dünya standartlarından xeyli geri qalır. Xüsusilə paytaxtın ətrafında yerləşən qəsəbələrdə, onlara yaxın ərazilərdə salınan yeni yaşayış sahələrində kanalizasiya ən ciddi problemlərdən biridir.

Məsələn, yağışlı havalarda paytaxtın bəzi küçələri su altında qalır. Yeni salınan yollar kanalizasiya problemlərinə görə tez-tez yararsız vəziyyətə düşürlər.

Yüz minlərlə evin tullantı suları həyətlərdə qazılmış quyulara axıdılır. Bu isə müxtəlif ərazilərdə qrunt sularının səviyyəsinin artmasına, torpağın aşınmasına səbəb olur.

Bəzi iri yaşayış məntəqələrində isə kanalizasiya sistemi ümumiyyətlə yoxdur. Belə ki Abşeron rayonunun Mehdiabad, Balaxanı yaşayış məntəqələrindəki fərdi evlərin, o cümlədən Abşeron şəhərciyi və Binəqədi rayonunun Binəqədi qəsəbəsinin bir hissəsindəki və buruqlara yaxın ərazisindəki evlərin kanalizasiya xətti yoxdur. Bu məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Anar Cəbrayıllı Anar Cəbrayıllı

Məsələ ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Bizimyol.info-ya bildirib ki, həmin gölə uzun illərdir kanalizasiya, neft-mədən suları axıdılıb və bu proses davam etməkdədir. Qeyd edilən yaşayış məntəqələrində tullantı suları SSRİ dövründə neft sənayesi üçün nəzərdə tutulmuş açıq kanallara, buradan isə Böyükşor gölünə axıdılır”.

“Azərsu” ACS tərəfindən Böyükşor gölündə suyun səviyyəsinin tənzimlənməsi üçün iki ədəd nasosxananın istismar edildiyini bildirən A.Cəbrayıllı deyib ki “Azərsu” Abşeron yarımadasının baş planı hazırlanıb: “Bu plana əsasən Böyükşor hövzəsində də mərkəzləşdirilmiş tullantı su infrastrukturunun yaradılması nəzərdə tutulub.

Binəqədi rayonunun Binəqədi, Biləcəri, Abşeron rayonunun Mehdiabad qəsəbələrində kanalizasiya şəbəkəsinin qurulması, tullantı sularının şəbəkələr vasitəsilə idarə olunması da burada yer alacaq”.

Paylaş »
››› Putindən Qarabağ cəbhəsində baş verənlərlə bağlı açıqlama
››› Türkiyədə erməni əsilli deputatdan hökumətə çağırış
››› Ekspert: “Strateji məntəqələrin azad edilməsi gündəmdədir - Murovdağ, Tərtər su anbarı...”
››› Hərbi vəziyyət rejimində tətbiq olunan məhdudiyyətlər
››› Bu gün həlak olanlardan ikisi yeniyetmədir - Adlar
Son xəbərlər
Bütün xəbərlər »