Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycanlıların verdiyi vergi hesabına fəaliyyət göstərən rus məktəbləri tədricən bağlanmalıdır”
ABS orta mekteb 2

Rus bölməsinin məzunlarının bu il Azərbaycan dilindən keçirilən test imtahanından nəticəsinin “qeyri-məqbul” qiymətləndirilməsi, yazıçı Çingiz Abdullayevin rus məktəbləri ilə bağlı açıqlaması müzakirələrə səbəb olur.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, Azərbaycanda rus dili bölməsi tədricən sıradan çıxarılmalıdır.

Elçin Əfəndi Elçin Əfəndi

“Rus bölməsinin əvəzinə ingilis dili bölmələri fəaliyyətə başlamalıdır. Bununla bağlı proses başladılıb. Odur ki universitetlərdə ingilis dilində riyaziyyat müəllimliyi, fizika müəllimliyi, kimya-biologiya müəllimliyi, ibtidai sinif və məktəbəqədər müəllimliyi üzrə fənnlər tədris edilir, kadrlar hazırlanır. Yaxın gələcəkdə ingilis dili bölmələri fəaliyyətə başlayacaq”,-deyə E.Əfəndi bildirib.

Ekspert deyib ki rus dili bölməsinin şagirdləri Azərbaycan dili fənnindən qiymət ala bilmirlər: “Mənfi qiymətlər alırlar, kafidən aşağı qiymətlər alırlar. Bu isə onu onu deməyə əsas verir ki qəsdlə, bilərəkdən bu addım atılsın. Azərbaycan dilinə qarşı olan hörmətsizlikdir. Azərbaycanlıların verdiyi vergi hesabına fəaliyyət göstərən rus məktəblərinin fəaliyyəti tədricən dayandırılmalıdır. Övladlarımızın ingilis dili bölməsinə istiqamətləndirilməsi məqsədəuyğun hesab etmək olar”.

Paylaş »
››› Üç il əvvəl baş verən ölüm hadisəsi qəza deyil, qətl imiş
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Yağış və dolu yağacaq
››› Sosial şəbəkənin şantaj qurbanları: Cinayət var, cəza yox
››› 1 milyon qazanmaq üçün əlini qopardan qadın həbs olundu
Son xəbərlər
Bütün xəbərlər »