Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həftə sonuna olan hava proqnozu açıqlandı
Azərbaycanda bu həftə sonuna olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Report”a açıqlamasında bildirib ki, oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında səhər saatlarında bəzi yerlərdə zəif duman çiskin olacaq: "Paytaxt və yarımadada gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ölkə ərazisində isə cənub-qərb küləklərinin üstünlüyü müşahidə olunacaq, bəzi rayonlarda yağış yağacağı gözlənilir. Sabah havanın temperaturu günorta saatlarında Bakıda 18-23, Mərkəzi Aran rayonlarında 18-23, dağlıq rayonlarda 13-18 dərəcə isti olacağı gözlənilir”.

Onun sözlərinə görə, bazar günü, oktyabrın 29-da gün ərzində hava şəraitinin əsasən sabit və yağmursuz keçəcəyi gözlənilir: "Bazar günü ölkə ərazisində cənub-qərb küləklərinin üstünlüyü müşahidə olunacaq”.

Son xəbərlər
Bütün xəbərlər »