Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Norveçli terrorçu şərti azadlığa çıxmaq istəyir

Norveçli terrorçu Anders Breyvik şərti azadlığa çıxmaq üçün müraciət edib.

“Report” Norveçin VG qəzetinə istinadən xəbər verir ki, bunu cinayətkarın vəkili Oysten Sturrvik açıqlayıb.

“Anders Behring Breyvik şərti azadlığa buraxılmasını xahiş edib. O, hüquqlarının pozulduğuna görə dövlətə qarşı yeni bir iddia qaldırmağı da planlaşdırır”, - vəkil bildirib.

O.Sturrvik qeyd edib ki, A.Breyvikin azadlığa çıxması ehtimalı mövcuddur:

“Breyvik 21 ildən 8-ni həbsdə keçirib, onun nəzəri olaraq belə bir vəsatət qaldırmaq hüququ var”.

Vəkilin sözlərinə görə, onun müştərisi birnəfərlik kamerada saxlanılır və o, bunu hüquqlarının pozulması hesab edir.

Qeyd edək ki, Anders Breyvik 2011-ci il iyulun 22-də paytaxt Oslonun mərkəzində 8 nəfəri və Oslo yaxınlığındakı Uteya adasındakı Fəhlə partiyasının düşərgəsində isə 69 nəfəri qətlə yetirib. Bu cinayətlərinə görə məhkəmə onu 21 il azadlıqdan məhrum edib.

Paylaş »
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Son xəbərlər
Bütün xəbərlər »