Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Tofiq Yaqublu sudan da imtina edəcəyini açıqlayıb, vəziyyəti pisləşib
Tofiq Yaqublu

Milli Şuranın və Müsavat partiyasının həbsdə olan üzvü Tofiq Yaqublu 15 gündür ki, aclığı davam etdirir.

T.Yaqublunun qızı və vəkili onun vəziyyətinin kəskin pisləşdiyini, koma təhlükəsi altında olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, T.Yaqublu sentyabrın 15-də vəkili Aqil Layıcla görüşüb. Vəkilin sözlərinə görə, T.Yaqublu ilə 6 gün öncə olan son görüşündən bu yana geriləmə aşkar görünür. Orqanizm o qədər zəifləyib ki, T.Yaqublu xəstəxanada onu mühafizə altında saxlayan Penitensiar Xidmətin əməkdaşlarının köməyilə hərəkət edir: “Həm Penitensiar Xidmətin əməkdaşlarından, həm də həkim Adil Qeybulladan çox razılıq etdi. Ehtiyaclarını Penitensiar Xidmətin əməkdaşlarının köməyilə həyata keçirir. Adil Qeybulla haqqında da "uşaq kimi qayğıma qalır" dedi. Özünə gəlincə, o qədər taqətdən düşüb ki, fikirlərini ifadə etməkdə də çətinlik çəkir. Gözlərinin görməsində də problemlər yaranıb. Hətta əllərini yumub-açmaq da onun üçün çətinləşib”.

İki gün əvvəl xəstəxanada sistemlərdən imtina edən T.Yaqublu artıq sudan da imtina edərək, quru aclığa keçmək qərarına gəlib. O, bu barədə həm həkiminə, həm də Penitensiar Xidmətin əməkdaşlarına məlumat verib.

Atası ilə sentyabrın 15-də telefonla danışan Nigar Həzi də T.Yaqublunun durumunun ağır olduğunu bildirib: “Səsi çox zəif gəlirdi. Vəziyyəti çox pisdir. Dəhşətli dərəcədə halsızdır. Dedi ki, köməksiz ayağa qalxa bilmir. Nə qədər çalışsa da, yumruğumu sıxa bilmir. Artıq gözləri çox pis görür, eynək belə, kömək etmir.

Bu gün qan analizi götürülüb, nəticəsi çox pis çıxıb. Təcili qan köçürmək zərurəti yaranıb. Həkim dedi ki, həyatı üçün ciddi təhlükə var, hər an komaya düşə bilər və biz Tofiq Yaqublunu itirə bilərik. Hakimiyyət Tofiq Yaqublunu indi azadlığa buraxmasa, biz onu itirəcəyik. Zaman isə sürətlə Tofiq Yaqublunu ölümə aparır.

Qızının sözlərinə görə, T.Yaqublu özü də artıq ölümlə üz-üzə qaldığını bildirib. Siyasi fəal bu mübarizəsini Azərbaycan dövlətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəyə həsr etdiyini vurğulayıb.

“Mən ölürəm, artıq heç taqətim yoxdur. Sümüklərim çox sızıldayır. Bilmirəm nə qədər ömrüm qalıb. Bircə bunu bil ki, mən bu mübarizəmi Rəsulzadəyə ithaf etmişəm. Demokratiya uğrunda mübarizə aparan belarus xalqına da öz dəstəyimi bu yolla bildirirəm”,- T.Yaqublu qızına belə deyib.

T.Yaqublu martın 22-dən həbsdədir. Sentyabrın 3-də Nizami rayon Məhkəməsində onun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb. T.Yaqublu hökmdən bir gün əvvəl məhkəmədə son sözünü deyəndə çıxışının sonunda aclıq aksiyasına başladığını elan edib.

T.Yaqublu qanunsuz həbsinə və məhkəmə ədalətsizliyinə etiraz olaraq bu addımı atdığını, azadlığa buraxılana qədər aclığı dayandırmayacağını bəyan edib.

Paylaş »
››› Ehtiyatda olan hərbçilərin təlimə çağırılmasında məqsəd... - Aktual şərh
››› Pakistan niyə Ermənistanla birlikdə hərbi təlimlərə qoşulur...
››› Müharibə anonsları - Yunanıstan və Ermənistan eyni cəbhədə
››› Orduya vətəndaşlardan "pick-up” yığılması barədə xəbərlərlə bağlı açıqlama
››› Məktəblərin yenidən bağlanması xəbərinə rəsmi açıqlama
Son xəbərlər
Bütün xəbərlər »