Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vətəndaşlar SOCAR-ın vakansiya bölümünə girə bilmir - Açıqlama
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin saytında problem yaranıb.

Bizimyol.info xəbər verir ki, Socar.az saytının vakansiya bölümünə (careers.socar.az) daxil olmaq mümkün deyil. Vətəndaşlar saytımıza bildirib ki, Socar.az saytının vakansiya bölməsində (careers.socar.az) hər həftə iş elanları yer alır.Buradan giriş edərək müvafiq qaydada qeydiyyatdan keçdikdən sonra tam şəffaf şəkildə imtahanlara dəvət alır, ordan keçdikdən sonra da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə işə qəbul edilirsən. Hazırda saytın vakansiya bölümünə daxil olmaq olmur. İşlə bağlı saytdan qeydiyyatdan keçmək istəyən vətəndaşlar saytımıza bildirib ki, müvafiq vakansiyaya uyğun müəyyən vaxta qədər qeydiyyatdan keçmək lazımdır.Hazırda sayta daxil ola bilməmək bu prosesə mane olur.

Məsələ ilə bağlı Bizimyol.info açıqlama verən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat katibi Nizaməddin Quliyev saytda texniki problem yarandığını, bu barədə lazımı şəxslərə müvafiq tapşırığın verildiyini, problemin tezliklə həll olunacağını bildirib.

Son xəbərlər
Bütün xəbərlər »