Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Erkan Özoral: "Ermənilər baş verənlərdən dərs çıxarmırlar"
Erkan Özoral

“Ermənilər bir neçə ay əvvəl Tovuz bölgəsində təxribatlar törətdilər. Şəhidlərimiz oldu. Təxribatlar hələ də davam edir. Ötən gün daha bir hərbçi yaralanıb. Ermənilər baş verənlərdən bir dərs çıxarmırlar. Artıq hər kəsin ağlını başına alması gərəkdir”.

APA-nın məlumatına görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, Qarabağ probleminin aradan qaldırılması istiqamətində ciddi addımlar atılmalıdır: “Azərbaycanın haqqı və hüquqi tanınmalıdır. Öz torpaqlarından qaçqın düşən qardaşlarımız torpaqlarına qayıtmalıdır. Bunun üçün vaxt çoxdan gəlib keçib”.

“Anadolu bizim üçün necə Vətəndirsə, Qarabağ da bizim üçün elə Vətəndir. Bu torpaqlar tez bir zamanda işğaldan azad edilməlidir. Öz doğma torpaqlarından qaçqın və köçkün düşən həmvətənlilərimiz öz evlərinə qayıtmasını ürəkdən arzu edirik. ATƏT-in Minsk qrupu indiyə qədər aparılan danışıqlarda müsbət nəticə əldə etməyib. 30 ildir, ortada böyük bir haqsızlıq var, lakin heç kim bu haqsızlığın aradan qaldırılması istiqamətində bir addım atmayıb. Biz ATƏT-in Minsk qrupunun həmsədrlərinə buradan xəbərdarlıq edirik. Ortada olan ədalətsizlik aradan qalxmayınca Azərbaycanda olan qəzəb daha da böyüyəcək. Ən böyük öncəliyimiz Qarabağ məsələsinin diplomatik yollarla həllini tapmasıdır. Lakin qarşımızdakıların da bunu bilməsi lazımdır ki, hər kəsin bir yerə qədər səbri var. Azərbaycan bu məsələdə yetəri qədər səbir göstərdi”, -deyə Erkan Özoral bildirib.

Paylaş »
››› Azərbaycanla Türkiyənin böyük planı
››› Suriyadakı erməni batalyonu da Qarabağa göndərildi
››› Lavrov planı: Türkiyənin burada bircə güllə atması Rusiyanı nüfuzdan salacaq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Müharibə şəraitində olan dövlətdə hərbi hazırlıq dərsləri yarıtmaz vəziyyətdədir
Son xəbərlər
Bütün xəbərlər »