Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tofiq Yaqublu: "Ədalətsizliyə son qoyulmasa, sudan belə imtina edəcəm!"

Vəkil Aqil Layıc artıq 15-ci gündür ki, aclıq aksiyası keçirən, hazırda "City Hospital"da nəzarətdə olan Tofiq Yaqublu ilə görüşüb.

Bizimyol.info xəbər verir ki, bu barədə T.Yaqublunun qızı Nigar Həzi məlumat verib.

"Nəhayət, 4-cü cəhdimdə Tofiq bəy Yaqublu ilə görüşə bildim. Sağlamlığında gündən-günə problemlər baş qaldırır. Fikirləri aydın olsa da ifadə etməkdə fizioloji çətinlik çəkir, gözlərinin görməsində problemlər baş qaldırıb, əllərini belə yummağa çətinlik çəkir. İndiyənə qədər qida və qidaverici sistemlərdən imtina edir. Qeyd etdi ki, ona qarşı olan ədalətsizliyə son qoyulmasa sudan belə imtina edəcək.

Ehtiyaclarını Penitensiar Xidmətin əməkdaşlarının köməyi ilə həyata keçirir. Penitensiar Xidmətin əməkdaşlarının davranışlarından çox razılıq bildirdi. Həmçinin, xüsusilə, qeyd etdi ki, həkim Adil Qeybulla möhtəşəm işlər görərək, onun körpə uşaq kimi qayğısına qalır və xahiş etdi ki, həkimi barədə olan manipulyasiyalara ona nisbətdə son qoyulsun", - deyə A.Layıc bildirib.

Paylaş »
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› Anar Məmmədova polis general-mayoru rütbəsi verilib
››› Azərbaycanlı prodüser iş yerində ölüb
››› MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəsmi açılış mərasimi baş tutub
››› PKK-nı bitirmək planı: "Azərbaycan Türkiyəyə dəstək verəcək"
››› Şirkətin xanım direktoru həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »