Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tixanovskaya: "Lukaşenko hakimiyyətdən dinc yolla getsə, təhlükəsizlik zəmanəti alacaq"

"Aleksandr Lukaşenko iqtidarı dinc yolla tərk edərsə, şəxsi təhlükəsizlik zəmanəti alacaq".

Bunu Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya "LB.ua"ya müsahibəsində deyib.

"Əlbəttə ki, o, humanist bir şəkildə, dinc yolla hakimiyyətdən ayrılırsa, deməli, belə bir ehtimal var. Hətta deyərdim ki, buna inam var. Bu məsələdə bütün insanların fikri nəzərə alınacaq" - deyə Tixanovskaya bildirib.

Jurnalistin "Yəni yekun olaraq deyirsiniz ki, Aleksandr Lukaşenko təhlükəsizlik zəmanəti alacaq?" sualına Svetlana Tixanovskaya: “Bəli, hətta daha da çoxunu", deyə cavab verib.

Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. S. Tixanovskayanın 10% səs topladığı açıqlanıb.

Seçkilərdən sonra paytaxt Minsk də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində seçki nəticələri ilə bağlı etirazlar başlayıb.

Belarusda keçirilmiş prezident seçkisində hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun əsas rəqibi olmuş Svetlana Tixanovskya isə təhlükəsizliyi ilə əlaqədar ölkəni tərk edərək Litvada sığınacaq alıb.(apa)

Paylaş »
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Son xəbərlər
Bütün xəbərlər »