“Ali məktəblərdə distant təhsildən istifadə etmək olar və edirlər. Bu şərtlə ki, ali məktəb öncədən zəruri infrastrukur yaradır, təhsil almaq istəyən isə belə təhsil almağa hər cəhətdən hazırdır”.
Bunu Bizimyol.info-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Şahlar Əsgərov bildirib.
Ekspert deyib ki, orta məktəblərdə bu iş kifayyət qədər çətindir, xüsusilə aşağı siniflərdə: “Orta məktəb bu işə hazır deyil, valideyin hazır deyil, təhsilalan hazır deyil. Bəla bizi qəfildən yaxaladı”.
Qeyd edək ki, pandemiya səbəbindən bütün təhsil müəssisələrində tədris martın 3-dən dayandırılıb. 2020-2021-ci tədris ilində dərslərin başlanması ilə bağlı xüsusi qərar verilib - koronavirus (COVİD-19) pandemiyası ilə bağlı mövcud vəziyyəti və zəruri ehtiyacları nəzərə alaraq distant (məsafədən) təhsil təşkil olunub.