Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
PKK-nın xüsusi təyinatlı qüvvələri Qarabağa göndərildi
pkk terrorcular

Livanlı ermənilərin ardınca PKK terror təşkilatının xüsusi təyinatlı qüvvələri də Qarabağa yerləşib.

Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı Türkiyənin “Cümhuriyyet” qəzeti yayıb.

Qəzet yazır ki, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində demoqrafik vəziyyəti dəyişdirmək yönündə fəaliyyətini davam etdirir. Paşinyan hökuməti Beyrutda baş vermiş partlayışdan sonra yüzdən çox livanlı ermənini Dağlıq Qarabağda və ətraf rayonlarda məskunlaşdırıb. Daha əvvəl isə Ermənistan suriyalı erməniləri Dağlıq Qarabağda yerləşdirmişdi.

“Paşinyann demoqrafik vəziyyəti dəyişdirməklə yanaşı Dağlıq Qarabağa hərbi fəaliyyətləri də gücləndirib. Regiondakı təhlükəsizlik qaynaqlarından əldə edilən məlumatlara görə PKK-nın dırnaqarası xüsusi təyinatlı qüvvələri Dağlıq Qarabağa göndərilib və orada ermənilərə hərbi təlim keçir. PKK Qarabağda yeni hücum dalğası başlatmağa hazırlaşır, bu arada 250-yə yaxın erməni əsgəri də Suriyada PYD/YPG terror təşkilatının sıralarına qatılmaq üçün göndərilib”,-qəzet belə yazır.

Bildirilir ki, erməni əsgərlərlə PKK arasındakı bu işbirliyi Fransanın vasitəçiliyi ilə baş tutub. Erməni əsgərləri Fransanın müşahidəsi və vasitəçiliyi altında PKK ilə danışıqlar aparıb. İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani bu günlərdə bildirib ki, livanlı ermənilərin Qarabağa köçürülməsi “işin görünən tərəfidir”.

“Keçmiş səfir son iki ayda İraq və Suriyadan yüzlərlə PKK terrorçusunun Dağlıq Qarabağa yerləşdirildiyini demişdi”,-məlumatda bildirilir.

Qeyd edək ki, PKK terror təşkilatının Azərbaycanın işğal altındakı ərazilərində, o cümlədən Kəlbəcərdə təlim düşərgələrinin olduğu barədə məlumatlar daha əvvəllər də yayılmışdı.

Paylaş »
››› Ehtiyatda olan hərbçilərin təlimə çağırılmasında məqsəd... - Aktual şərh
››› Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışları başlayıb
››› Müharibə anonsları - Yunanıstan və Ermənistan eyni cəbhədə
››› Сəbhədə vəziyyətin gərginləşməsilə bağlı hərbi ekspertdən açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »