Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Keçmiş məhkumun evindən və həyətindən narkotik vasitələr aşkarlandı
narko parnik

Daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Oğuz rayon Bayan kənd sakini, əvvəllər məhkum olunmuş Elşad Cabbarov saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı, yardımçı tikilidən 1kq 600 qr çəkidə narkotik vasitə olan, qurudulmuş “marixuana” aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində rayonun Otmanlı adlanan bağın ərazisində 232 ədəd ümumi çəkisi 6 kq 400 qr olan xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri və 48 kq 200 qr qurudulmuş “marixuana” aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş »
››› Ehtiyatda olan hərbçilərin təlimə çağırılmasında məqsəd... - Aktual şərh
››› Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışları başlayıb
››› Müharibə anonsları - Yunanıstan və Ermənistan eyni cəbhədə
››› Сəbhədə vəziyyətin gərginləşməsilə bağlı hərbi ekspertdən açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »